İranda zəlzələ olub - 4,0 bal

iranda-zelzele-olub
Oxunma sayı: 650

İranın cənub-şərqində 4,0 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanlar Kirman şəhərindən 58 km şimalda, 10 km dərinlikdə qeydə alınıb.

Dağıntı və xəsarət alanlar barəsində məlumat yoxdur.