İranda zəlzələ olub - 4,4 bal

iranda-zelzele-olub
Oxunma sayı: 678

İranın şərq bölgəsində 4,4 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo”  xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanlar Kirman şəhərindən 55  km şimal-şərqdə, 5 km dərinlikdə qeydə alınıb.

Dağıntı və xəsarət alanlar barəsində məlumat yoxdur.