İranda zəlzələ olub

iranda-zelzele-olub
Oxunma sayı: 1000


APA-nın Tehran Universiteti Geofizika İnstitutu Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, təbii fəlakətin episentri İranın Buşəhr vilayətinin Bəndər Kəngan şəhərinə təsadüf edib. 

4.8 bal gücündə olan zəlzələ yanvarın 3-də Bakı vaxtı ilə saat 18:21-də yerin 19 km dərinliyində meydana gəlib. 

Təbii fəlakət Bəndər Kəngandan 3 km, Bənəkdən 6 km və Bəndər Dayerdən 11 km uzaqlıqda baş verib.

Dağıntı və tələfat barədə məlumat yoxdur.