İranda zəlzələdə ölənlərin sayı artır - 87 nəfər

iranda-zelzelede-olenlerin-sayi-artir-87-nefer
Oxunma sayı: 645

APA-nın İran mətbuatına istinadən məlumatına görə, 600 nəfərdən çox insanın yaralandığı zəlzələdə dünyasını dəyişən 30 nəfər Əhər, 40 nəfər Vərzigan şəhərinin sakinidir. 7 nəfər isə xəstəxanaya aparılarkən yolda keçinib. Əhər və Vərzigan şəhərərinə aid 60 kəndin 60-80%-ə ciddi ziyan dəyib, 2 kənd tamamilə dağılıb.

Qeyd edək ki, bu gün İranda episentri Vərzigan olmaqla Azərbaycan vilayətlərinin Təbriz, Əhər, Ərdəbil və Urmiya şəhərlərində 6.2 bal gücündə zəlzələ baş verib.

Ən çox tələfat Əhər və Vərzigan şəhərlərindədir. Gün ərzində bir neçə dəfə zəlzələ baş verən Vərziganda ən son yerli vaxtla saat 20:13-də 4.8 bal gücündə zəlzələ qeydə alınıb. Ağır yaralıları nəzərə alaraq, ölü sayının artacağı da istisna edilmir.