İrandakı Avropa şirkətləri qorxuya düşdü - ABŞ-a minnətçi oldular

irandaki-avropa-sirketleri-qorxuya-dusdu
Oxunma sayı: 2040

ABŞ-ın İranla imzalanmış nüvə sazişindən çıxmasından və ardınca İrana yeni sanksiyalar tətbiq edəcəyini açıqlamasından sonra başda Fransa olmaqla, bir çox Avropa dövlətinin bu ölkədəki gələcək fəaliyyəti təhlükəyə düşüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Fransa Xarici İşlər Nazirliyi yeni sanksiyaların Fransa və Avropa İttifaqı ölkələrinə tətbiq edilməməsi üçün ABŞ-a müraciət edib.

Nazirlikdən bildirilib ki, Fransa ABŞ-ın sazişdən çıxmasını dəstəkləmir və İranla ticarət əlaqələrini daha da inkişaf etdirməyə çalışacaq.

Məlumata görə, son vəziyyəti müzakirə etmək üçün xarici işlər və iqtisadiyyat nazirləri İranda fəaliyyət göstərən Fransa şirkətlərinin rəhbərləri ilə də görüş keçirəcək.