İrandakı terrora görə saxlanılanlar var

irandaki-terrora-gore-saxlanilanlar-var
Oxunma sayı: 1150

İran şənbə günü Əhvazda törədilən terror hadisəsi ilə bağlı bəyanat yayıb. 

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, İranın kəşfiyyat naziri Mahmud Ələvi terrorla bağlı şübhəli bilinən şəxslərin saxlanıldığını bildirib. Nazir adları və dəqiq sayı açıqlamasa da, bir neçə nəfərin tutulduğunu deyib.

Xatırladaq ki, şənbə günü Əhvaz bölgəsində baş verən terror hadisəsi zamanı 28 nəfər ölüb, azı 60 nəfər yaralanıb. Hadisəyə görə məsuliyyəti Səudiyyə Ərəbistanı ilə əlaqələri olan "Əhvazdakı vətənpərvər ərəb demokratik hərəkatı” üzərinə götürüb.

Aysel Kərimova