İrandakı terrorla bağlı 8 nəfər tutuldu

irandaki-terrorla-bagli-8-nefer-tutuldu
Oxunma sayı: 642

İranın Sistan-Bəlucistan əyalətinin Zahidan şəhərində 27 əsgərin ölümünə səbəb olan terror aktı ilə bağlı 8 nəfər tutulub.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, bu barədə əyalətin Ədliyyə İdarə heyətinin rəhbəri İbrahim Hamidi məlumat verib.

Hazırda teraktda əli olduğu ehtimal edilən digər şəxslərin axtarışları davam etdirilir.

Qeyd edək ki, 13 fevralda baş verən terror hücumun məsuliyyətini “Ceyşul Ədl” terrorçu qruplaşması öz üzərinə götürüb.