İrandakı zəlzələ Cəlilabada 7 evə ziyan vurub

irandaki-zelzele-celilabada-7-eve-ziyan-vurub
Oxunma sayı: 635

SalamNews-un bölgə müxbirin verdiyi xəbərə görə, zəlzələ zamanı rayonun Lallar kəndində 7 evə ziyan dəyib. Belə ki, İranla sərhəddən təqribən 10 kilometr aralıda yerləşən kənddə zəlzələdən ümumilikdə 7 fərdi yaşayış evinə müxtəlif dərəcədə ziyan dəyib. Ən çox zərər Mir İltimas Həsənova məxsus evdə qeydə alınıb. Zəlzələdən sonra evin arxa divarı 15 santimtrədək aralanıb. Dördotaqlı, 1 eyvanı olan ev hazırda qəza vəziyyətində olduğundan Həsənovlar ailəsi gecələrini qohumlarının evində keçirirlər.

Kəndin bəzi yerlərində torpaq sürüşməsi halları da yaranıb, çatlar əmələ gəib. Hazırda rayon fövqəladə hallar komisiyası tərəfindən zəlzələdən zərər çəkmiş ailələrə kömək göstərilməsi üçün lazımı tədbirlər görülür.