İrandan ABŞ-a göz dağı

irandan-abs-a-goz-dagi
Oxunma sayı: 638

“Əgər istəsək, 5 gün ərzində 20% nisbətində zənginləşdirmə işinə başlaya bilərik”.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, bunu İran Atom Enerjisi agentliyinin rəhbəri Əli Əkbər Salehi deyib.

JCPOA nüvə razılaşmasının çətin keçən münaqişələr nəticəsində imzalandığını ifadə edən Salehi, qeyri-adi vəziyyətlə qarşılaşana qədər buna sadiq qalmaq istədiklərini vurğulayıb.

Xatırladaq ki, İran prezidenti Həsən Ruhani ötən həftə ABŞ-ın yeni sanksiyalar tətbiq etməsi halında 2015-ci ildə imzalanan nüvə razılaşmasını heçə sayacaqlarını açıqlamışdı.

2015-ci ildə İran, Rusiya, İngiltərə, Almaniya, Fransa, Çin və ABŞ-la birgə imzaladığı nüvə razılaşmasına görə 5% az uran zənginləşdirməyi qəbul edib.