İrandan ABŞ-ın Türkiyəyə qarşı sanksiyalarına - Münasibət

irandan-abs-in-turkiyeye-qarsi-sanksiyalarina
Oxunma sayı: 6037

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın NATO müttəfiqi olan Türkiyəyə qarşı sanksiyalar tətbiq etməsinə münasibət bildirib.

“Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, Zərif ABŞ-ın bununla da müttəfiqləri ilə münasibətlərini pozduğunu deyib:

“Müttəfiqlərinin belə ABŞ-a inana bilməyəcəyi dövrdəyik. ABŞ NATO müttəfiqi olan bir ölkənin nazirlərinə sanksiya tətbiq edr. Bu, ölkənin daxili işlərinə qarışmaqdır. Bütün bunlar ABŞ-ın hüquqdankənar siyasətində və sanksiya asılılığında sərhəd tanımamasının göstəricisidir”.

Zərif ABŞ-ın prezident Həsən Ruhani ilə görüşmək istəməsi məsələsinə isə “mənasızdır” deyərək reaksiya göstərib.