İrandan Azərbaycana açıq dəstək

irandan-azerbaycana-aciq-destek
Oxunma sayı: 656

“Media forum”un məlumatına görə, səfirliyin rəsmi saytına müsahibəsində səfir deyib: “İran İslam Respublikası BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlüklə bağlı keçiriləcək səsvermədə Azərbaycan Respublikasını dəstəkləyir. İranın dəyərləndirməsinə əsasən, Azərbaycan Respublikasının BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlüyü regionun maraqları ilə üst-üstə düşür”.

BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlərin seçkisi oktyabrın 21-də keçiriləcək. Xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 27-də BMT Baş Məclisinin sessiyasında çıxış edərək BMT ölkələrini Təhlükəsizlik Şurasına üzv olmaq istəyən Azərbaycan Respublikasına dəstək olmağa çağırıb. Nazir Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsinin təmsilçilik balansı baxımından vacib olduğunu deyib.