İrandan gələn bacılarda psixotrop maddə tapıldı

İrandan gələn bacılarda psixotrop maddə tapıldı
Oxunma sayı: 917

Gömrükdə piyada yolla Azərbaycana gələn İran vətəndaşları saxlanılıb.

Dövlət Gömrük Komitəsindən “Qafqazinfo”ya verilən məlumata görə, Astara gömrük postunda həmin ölkə vətəndaşları - Shirmohammadi Kargar Nasrin Saleh qızı və Shirmohammadi Kargar Manizeh Saleh qızına məxsus əl yükünə baxış keçirilib.

Bu zaman onlara məxsus əl çantasındakı geyim əşyalarının arasında sellofona bükülü 1 ədəd bağlama aşkar edilib. Daha sonra hər iki şəxsin daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yarandığından Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Nəticədə hər iki xanım vətəndaşın daxili orqanlarından daha 3 ədəd bağlama aşkarlanıb. Ümumilikdə 4 ədəd bağlamada, çəkisi 254 qram olan ağ, kristal şəkilli psixotrop maddə-metamfetamin olduğu məlum edilib.

Xatırladaq ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı”na daxildir.

Faktla bağlı araşdırma aparılır.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi