İrandan gələn ər-arvadın üzərində narkotik tapıldı

irandan-gelen-er-arvadin-uzerinde-narkotik-tapildi
Oxunma sayı: 913


Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşları Seymur İsmayılov və onun həyat yoldaşı Aynurə İsmayılovanın üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı Seymur İsmayılovdan 1 ədəd bükümdə xalis çəkisi 0,414 qram olan narkotik vasitə - tiryək, Aynurə İsmayılovadan isə 6 ədəd bağlamada ümumi xalis çəkisi 272,259 qram olan narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.