İrandan ismarıc - İstənilən dron vurulacaq

irandan-ismaric
Oxunma sayı: 2263

İran ölkənin hava məkanını pozan istənilən PUA-nı (pilotsuz uçuş aparatı) vuracaqlarını bəyan edib.

“Qafqazinfo” xəbər verir ki, bunu “Press TV” efirində İslam İnqilabı Keşikçilər Korpusunun komandiri Hüseyn Salami deyib. Onun sözlərinə görə, İran bu fikrində qətiyyətlidir, istənilən cavab sərt olacaq: “Bizim hava sərhədlərimizə qanunsuz girən dronları vurmağa davam edəcəyik”.

Xatırladaq ki, iyun ayında İran ABŞ-ın “Global Hawk” PUA-sını sərhədi pozduğuna görə Hörmüzgən əyalətində vurduğunu açıqlamışdı.