İrandan narkotiki gətirtsə də, satmağa macal tapmadı

irandan-narkotiki-getirtse-de-satmaga-macal-tapmadi
Oxunma sayı: 1118

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat tədbirləri zamanı külli miqdarda narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Qafqazinfo"ya verilən məlumata görə, Astara RPŞ-nin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini Rəşad Mahmudov saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı 1 bükümdə 103, 130 qram narkotik vasitə olan heroin, 1 bükümdə 108,036 qram psixatrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.

O, narkotik vasitəni qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirən, qabaqcadan əlbir olduğu İran vətəndaşından əldə etdiyini bildirib.

Faktla bağlı araşdırma aparılır