İranın cavabı verildi

iranin-cavabi-verildi-
Oxunma sayı: 641

“Qafqazinfo”nun məlumatına görə, iclasda qərarların icrası və ölkədəki ictimai-siyasi vəziyyət müzakirə olunub. Eyni zamanda Minsk Qrupunun tərkibinin dəyişdirilməsi haqda səslənən təklif və qrupun fəaliyyəti, Hizbullah Ənsari Təbriz Nümayəndəliyini baş katibi Ruhulla Becaninin ölkəmizi təhdid edən bəyanatı, 8 aprel mitinqi müzakirə olunub. 31 mart Azərbaycanlıların soyqırımı haqda bəyanat qəbul edilib.

Minsk Qrupunun tərkibinin dəyişdirilməsi, xüsusilə ermənipərəst mövqeyinə görə Fransanın qrupun tərkibindən çıxarılması və Minsk Qrupunun fəaliyyətinə yenidən baxılması üçün fəaliyyət göstərilməsinin vacibliyi vurğulanıb.

Hizbullahın bəyanatını Azərbaycan dövlətçiliyinə qarşı təhdid kimi qiymətləndirən Qarabağ Bloku bu təhdidə görə İran dövlətinin məsuliyyət daşıdığını qeyd etməklə yanaşı, Azərbaycanın İran ərazisində olan diplomatik korpuslarının qorunmasının Beynəlxalq Konvensiyalara İran dövlətinin üzərinə götürdüyü öhdəlik olduğunu bildirib. Əgər İran öz öhtəliyini yerinə yetirə bilməyəcəksə, Azərbaycan bunun üçün İranda yaşayan soydaşlarımıza müraciət edə bilər.

Toplantıda 31 mart Azərbaycanlıların soyqrımı haqda bəyanat qəbul edilib.

Sədan