İranın hava yolu şirkətlərinə sanksiya tətbiq edildi

iranin-hava-yolu-sirketlerine-sanksiya-tetbiq-edildi
Oxunma sayı: 1169

ABŞ Maliyyə Nazirliyi amerikan mənşəli məhsulları tədarük etdiyi üçün İranın 6 şirkətinə və 3 iranlıya sanksiya tətbiq ediləcəyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, sanksiya tətbiq ediləcək şirkətlər arasında “Mahan”, “Caspian”, “Meraj” kimi hava yolu şirkətləri yer alacaq.

Həmin şirkətlərin ümumilikdə 31 təyyarəsinə eniş icazə verən ölkələrə də sanksiya tətbiq ediləcəyi bildirilib.

Qeyd edək ki, nazirlik İran təyyarələrinin Suriya və Livana silah və döyüşçü daşıdığını iddia edib.