İranın hərbi gəmiləri ABŞ sahillərində üzəcək

iranin-herbi-gemileri-abs-sahillerinde-uzecek
Oxunma sayı: 643

İran Hərbi Dəniz Qüvvələrinin gəmilərinin ABŞ sahillərində üzməsi üçün həm haqqı və həm də gücü var.

Bunu İran Hərbi Dəniz Qüvvələrinin komandiri Həbibullah Səyyari beynəlxalq KİV-lərdə İran hərbi gəmilərinin ABŞ sahillərində üzə bilməməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat verir.

Bir müddət əvvəl Səyyari İran hərni gəmilərinin Atlantik okeanına göndəriləcəyini demişdi. Bundan sonra beynəlxalq KİV-lər ABŞ rəsmilərinə istinadən məlumat yaymışdılar ki, ABŞ İran gəmilərinin bu ölkənin sahillərindəki azad sularda üzə bilməsini ciddi hesab etmir və İran HDQ-nin gəmiləri bu sulara qədər üzə bilmək iqtidarında deyil.

"Biz həmişə demişik ki, gəmilərimiz azad sularda üzəcək. Beynəlxalq qaydalarda azad sular kimi göstərilmiş hər bir nöqtədə bizim gəmilərimiz üzəcək. ABŞ-ın ərazi sularından sonra bu ölkənin sahillərindəki sular azad sular hesab olunur. Beynəlxalq qaydalara görə, İran HDQ-nin gəmiləri bu sularda üzə bilər", - Səyyari deyib.