İranın Şərqi Azərbaycan əyalətində daha bir zəlzələ

iranin-serqi-azerbaycan-eyaletinde-daha-bir-zelzele
Oxunma sayı: 642

Zəlzələnin gücü Rixter cədvəli üzrə 4,5 bal olub.
Zəlzələ yerli vaxtla saat 23:39-də qeydə alınıb. Xəsarət alanlar və dağıntılar barədə hələlik məlumat yoxdur.

Qeyd edək ki, yanvarın 26-da da İranın Şərqi Azərbaycan əyalətinin Vərzəqan və Əhər şəhərlərində Rixter cədvəli üzrə 5 bal gücündə zələzələ baş vermişdi. Zəlzələ nəticəsində 10 nəfərdən çox şəxs yaralanmışdı.

Xatırladaq ki, 2012-ci ilin avqustun 11-də İranın Şərqi Azərbaycan əyalətində 6,2 bal gücündə baş vermiş zəlzələ nəticəsində 300 nəfər ölüb, 2500 yaxın adam xəsarət alıb. Əyalətdə 538 kənddən 110-u qismən və ya tamamilə dağılıb. Təxminən beş min bina zərər görüb.