İranın xarici işlər naziri AB-yə müraciət etdi

iranin-xarici-isler-naziri-ab-ye-muraciet-etdi
Oxunma sayı: 657

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, Salehi oktyarın 21-də Ankarada Esenboğa hava limanında verdiyi açıqlamasında əlaqələrin gücləndirilməsini arzu etdiklərini bildirib.
Ankarada başda Suriya problemi olmaqla regional mövzuları müzakirə edəcəklərini söyləyən xarici işlər naziri türkiyəli həmkarı Əhməd Davudoğlu, prezident Abdullah Gül və Baş nazir Rəcəb Tayyib Ərdoğana İranın başsağlığını çatdrıb.
Açıqlamalarında PKK-PEJAK məsələsinə də münasibət bildirən Salehi, hər iki terror təşkilatının eyni hədəflər baxımından fəaliyyət göstərdiyinı xatırladaraq Avropa Birliyinə müraciət edib. Avropa Birliyinin ikili standart siyasəti yürütdüyünü deyən xarici işlər naziri PKK-nın terrorçu siyahıya alan qurumu PEJAK-ı da terrorçu kimi tanımağa çağırıb.