İranın Xəzərdəki ən böyük gəmisi iki yerə parçalandı - Foto

iranin-xezerdeki-en-boyuk-gemisi-iki-yere-parcalandi
Oxunma sayı: 3479

İranın ən böyük hərbi gəmilərindən biri “Dəmavən” freqatı iki hissəyə bölünüb.

“Qafqazinfo” Oxu.az-a istinadən xəbər verir, bununla yanaşı, ölkə rəhbərliyi gəminin cüzi zədələr aldığını bildirir.

Qeyd edək ki, İran HDQ-nin “Dəmavənd” freqatı yanvarın 10-da əlverişsiz hava şəraitində Xəzər dənizində, Bəndər-Ənzəli liman şəhərində dalğaqıranla toqquşub. Həmin gün dalğaların hündürlüyü 4 metrə çatırmış.

Hadisə nəticəsində 6 hərbçi göyərtədən dənizə düşüb, sonradan onların 3-nün öldüyü təsdiqlənib.

İranın şəbəkə resursları yanvarın 17-də qəzaya uğramış freqatın fotoşəkillərini yayıblar. Məlumata görə, ötən günlər ərzində gəmini nəinki daşların üzərindən götürüblər, o hətta daha dərinə batıb və böyük ehtimalla, korpusu suya qərq olub. Bundan başqa, gövdə hissədə korpusun sındığı aşkar görünür.

Qeyd edək ki, uzunluğu 100 metr, tutumu 1300 ton olan freqat üç il əvvəl İran HDQ-nin tərkibinə daxil edilmişdi.