İranın yeni prezidenti oğurluqda ittiham olunur

iranin-yeni-prezidenti-ogurluqda-ittiham-olunur
Oxunma sayı: 2846


“Qafqazinfo”nun xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Ruhaninin doktorluq dissertasiyasının bir hissəsinin  digər bir müəllifin kitabından götürüldüyü iddia edilir. 

İddiaya görə, prezidentin istifadə etdiyi həmin kitab İran Beynəlxalq İnstitutunun rəhbəri Məhəmməd Kamali tərəfindən yazılıb. Həmin kitabdan bir hissə Ruhaninin Qlazqo Kaledoniya universitetinin elmi şurasına təqdim etdiyi dissertasiyada yer alıb.

İfşaedici xəbərin müəllifi Behdad Morşedi ləqəbli jurnalist artıq Ruhaninin elmi dərəcədən məhrum edilməsi üçün petisiya hazırladığını bildirib.