İranın yüksəkçinli 5 zabiti müəmmalı şəkildə ölüb

iranin-yuksekcinli-5-zabiti-muemmali-sekilde-olub
Oxunma sayı: 647

İsrailin “Yediot Ahronot” qəzeti İran mətbuatına istinadən İranda son bir həftə ərzində İnqilab Keşikçiləri Şurasının 5 nüfuzlu zabitinin öldüyünü yazıb.

Qəzetin xəbərinə görə, ölənlər arasında Tehrandakı İmam Hüseyn adına İnstitutun qeyri-ənənəvi silahların hazırlanması üzrə şöbəsinin əməkdaşı, İnqilab Keşikçiləri Şurasının (İKŞ) keçmiş sədri, elektron silahların hazırlanması üzrə yüksək vəzifəli məmur, eləcə də İran-İraq müharibəsində iştirak etmiş general da var.

Xəbərdə rəsmi məlumatlarda 50-55 yaşlarında olan sözügedən şəxslərin ürək tutması və insultdan öldükləri öz əksini tapıb. İran mətbuatında isə yüksək rütbəli zabitlərin sui-qəsdə qurban getmələrinin də istisna edilmədiyi qeyd olunaraq, ölkənin müxtəlif siyasi qrupları arasında hakimiyyət uğrunda mübarizə getdiyi vurğulanıb.

Məlumat üçün qeyd edək ki, İran İKŞ ölkənin ən nüfuzlu hərbi qurumu kimi tanınır.

(Azerimuslims)