“İranla Azərbaycan arasında yaxın əlaqələrin olmağını istəməyənlər var” - Xamenei

“İranla Azərbaycan arasında yaxın əlaqələrin olmağını istəməyənlər var”
Oxunma sayı: 1691

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 1-də Tehranda İranın Ali Rəhbəri Seyid Əli Xamenei ilə görüşüb.

“Qafqazinfo”nun xəbərinə görə, bu barədə dövlət başçısının rəsmi saytı məlumat yayıb.

***

APA-nın Tehran bürosunun məlumatına görə, görüşdə Ayətullah Xamenei Azərbaycan və İran arasında əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb və iki ölkənin dərin tarixi bağlarının olduğunu qeyd edib.
 
“İran və Azərbaycan arasındakı qardaşlıq və yaxın əlaqələrin olmağını istəməyənlər var. Onların bu təhrikedici istəkləri və dağıdıcı addımları qarşısında müqavimət göstərmək, daha ciddi əzmkarlıq və iradə ilə iki ölkə arasındakı əlaqələri inkişaf etdirmək lazımdır", deyə Ayətullah Xamenei bildirib.
 
Prezident İlham Əliyev  Azərbaycan və İran arasında mədəni, iqtisadi, enerji, tranzit və qarşılıqlı investisiya sahəsində əməkdaşlığın olduğunu vurğulayıb.
 
“Hazırda  İranla iqtisadi və mədəni əlaqələrimizi möhkəmləndiririk və bu əlaqələrin davamlı və sarsılmaz olması üçün ciddi iradə var. Heç kimə iki ölkənin əlaqələrini pozmağa və müdaxilə etməsinə icazə verməyəcəyik”, - deyə dövlət başçısı vurğulayıb. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi