İranla danışıqlar uğursuzluqla nəticələndi

iranla-danisiqlar-ugursuzluqla-neticelendi
Oxunma sayı: 635

"Azerimuslims.com" Türkiyə mətbuatına istinadən bildirir ki, BMT-nin Nüvə Proqramına Nəzarət Təşkilatından İranla Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) arasında aparılan müzakirələrdə heç bir nəticə əldə olunmadığı açıqlanıb.

Xəbərlərdə İran rəsmisi Əli Əsgər Sultaniyyənin ölkəsinin nüvə məsələsi ilə bağlı BAEA nümayəndəsi Herman Nakerts ilə müzakirələrin aparılması üçün Vyanaya gəldiyi, ancaq 8 saat davam edən danışıqların nəticəsiz başa çatdığı bildirilib.

Görüşdən sonra tərəflərin konstruktiv danışıqlar üçün yenidən görüşünün nəzərdə tutulduğu, ancaq müzakirələrin növbəti raundunun tarixinə dair məlumat verilmədiyi xəbərlərdə öz əksini tapıb.