İranlı əsirlər türklərlə dəyişdirildi

iranli-esirler-turklerle-deyisdirildi
Oxunma sayı: 635

“Qafqazinfo” xəbər verir ki, bu barədə İranın “Fars” xəbər agentliyi məlumat yayıb. Məlumatda bildirilib ki, Suriya müxalifət qüvvələri tərəfindən əsir götürülən 48 İran vətəndaşı Bəşər Əsədin həbs etdiyi 4 türk pilotu ilə dəyişdirilib.

Qeyd edək ki, 6 ay əvvəl əsir götürülən İran vətəndaşları Əsəd qoşunlarına kömək məqsədilə göndərilib. İran rəsmiləri isə onların müqəddəs yerləri ziyarət etmək üçün gəldiklərini bildiriblər. Araşdırma zamanı məlum olub ki, əsir düşənlərin əksəriyyəti İnqilab Gözətçiləri Ordusunda mühüm vəzifə tutan peşəkar hərbçilərdir.