İranlı zəvvarlar azad olundu

iranli-zevvarlar-azad-olundu
Oxunma sayı: 627

SalamNews-un verdiyi xəbərə görə, bu barədə FarsNews agentliyi məlumat yayıb. Məlumatda bildirilir ki, girov götürülən bütün İran vətəndaşları Suriya ordusu tərəfindən azad edilib. Zərər çəkənlərin olması barədə məlumat verilmir.

Xatırladaq ki, bu gün Suriya paytaxtı Dəməşqdə aeroporta gedərkən iranlı zəvvarları daşıyan avtobus naməlum silahlı qrup tərəfindən girov götürülmüşdü. Avtobusda 48 İran vətəndaşı olduğu bildirilirdi.