İranlılar azana qarşı çıxdılar

iranlilar-azana-qarsi-cixdilar
Oxunma sayı: 647

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, iranlı on nəfərlik bir ateist qrup cümə namazından öncə “Fitcə Böyük Məscidi”nnin qarşısında toplaşaraq azanın səsgücləndiricilər vasitəsilə ətrafa yayılmasının qadağan olunması üçün nümayiş keçirib. Azanı dəstəkləyən isveçlilərin qurduğu “Meqafon” qrupu isə onlara qarşı çıxıb.

Hadisə yerinə gələn polislər hər iki tərəf arasında baş verə biləcək hər hansı bir qarşıdurmanın qarşısını alıb.

Qeyd edək ki, İsveçdə minarələrdən azan səsinin ucalmasına qoyulan qadağa aprelin sonlarında ləğv olunub. İlk dəfə olaraq “Fitcə Böyük Məscidi”nin minarəsindən azan sədaları yüksəlib.