“İranlıların 98 faizi ölkədəki siyasi sistemi dəstəkləyir” - Ruhani

iranlilarin-98-faizi-olkedeki-siyasi-sistemi-destekleyir
Oxunma sayı: 651

İran İslam Respublikası əhalisinin 98 faizindən çoxu ölkədəki mövcud siyasi sistemi dəstəkləyir.

“Qafqazinfo” İran KİV-nə istinadən xəbər verir ki, belə bir bəyanatla ölkə başçısı Həsən Ruhani Tehranda çıxışı zamanı deyib:

“Azad olmaq istəyirsiniz, yoxsa tiranlıq altında yaşamaq? Kollektiv idarəetmə istəyirsiniz, yoxsa kiminsə təkbaşına hakimiyyətini? 98 faizdən çoxu sizə həmrəy şəkildə cavab verəcək ki, İslam Respublikasını dəstəkləyir”.