İraq ABŞ-a nota verdi

İraq ABŞ-a nota verdi
Oxunma sayı: 1289

İraq hökuməti Qüdsü İsrailin paytaxtı kimi tanıyan Amerika Birləşmiş Ştatlarına nota verib.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, bu barədə İraq Xarici İşlər Nazirliyinin mətbuat katibi Əhməd Mahcub məlumat verib.

Onun sözlərinə görə, məsələ ilə bağlı ABŞ-ın Bağdaddakı səfiri Duqlas Silliman nazirliyə çağırılıb və nota təqdim olunub.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trump dünən axşam keçirdiyi mətbuat konfransında BMT Təhlükəsizlik Şurasının 1980-ci ildə qəbul etdiyi 478 saylı qətnaməni pozaraq Qüdsü rəsmən İsrailin paytaxtı kimi tanıyıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi