İraq “Miss Kainat”a gözəl göndərəcək - 45 il sonra ilk

iraq-miss-kainata-gozel-gonderecek
Oxunma sayı: 2713

İraq son 45 ildə ilk dəfə olaraq “Miss Kainat” yarışmasına öz təmsilçisini göndərəcək.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, müsabiqə noyabrın 26-da Las-Veqasda keçiriləcək. 

Müsabiqədə İraqı 27 yaşlı Sara Aydan təmsil edəcək. O, Bağdadda keçirilən gözəllik yarışmasında ikinci yeri tutub. Lakin həmin yarışmanın birincisinin evli olduğu ortaya çıxdığı üçün onun tacı əlindən alınıb və “Miss Kainat”a Aydan göndərilir .

Qeyd edək ki, İraq sonuncu dəfə “Miss Kainat” yarışmasında 1972-ci ildə iştirak edib.