İraq ordusu Kərkükə girdi, kürdlər qaçmağa başladı - Fotolar

iraq-ordusu-kerkuke-girdi-kurdler-qacmaga-basladi
Oxunma sayı: 4762

İraq ordusu Kürd Regional Hökumətinin keçirdiyi müstəqillik referendumundan sonra ilk dəfə olaraq Kərkükə daxil olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, İraq ordusu Kərkük hava limanını geri alıb. Ordu bundan başqa, neft sahələrini, neft-qaz şirkətlərini, şəhərin sənaye bölgəsini, K1 və Keyvan hərbi bazalarını da Məsud Bərzani qüvvələrindən geri almağı bacarıb. Son olaraq isə İraq əsgərləri Kərkükün girişindəki bayraqları endiriblər. 

Kürd silahlıları –Peşmərgə isə bəyan edib ki, Kərkükə hücum kürdlərə qarşı müharibə elanıdır: "İraq hökuməti buna görə məsuliyyət daşıyır. Əvəzini çox ağır ödəyəcək".

İraqın baş naziri Haydar əl-İbadi Rakan əl-Cuburini Kərkükün yeni qubernatoru təyin edib. Əl-Cuburi 2003-dən bəri vilayətə rəhbərlik edən ilk ərəbdir. 

Kərkükdə olan BBC müxbiri isə şəhərə PKK güclərinin daxil olduğunu deyib.