İraq ordusu Mosulun qədim şəhərinə hücum edib

İraq ordusu Mosulun qədim şəhərinə hücum edib
Oxunma sayı: 403

İraq qüvvələri Mosul şəhərində İŞİD nəzarətində olan sonuncu rayona - qədim şəhərə - hücum etdiklərini bildiriblər.

“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, xüsusi təyinatlılar qərbdən, federal polis isə cənubdan irəliləyir.

BMT-nin məlumatına görə, qədim şəhərdə 100 minə qədər dinc əhali ilişib qalmış ola bilər. Onlara ərazini tərk etmək tövsiyə edilib.

Son iki həftə ərzində qərbi Mosulda təxminən 230 dinc sakin öldürülüb. Bu ölümlərin bəziləri hava zərbələrindən, digərləri isə İŞİD nəzarətində olan rayonlardan qaçmağa cəhd edən sakinlərin terrorçular tərəfindən atəşə tutulması zamanı qeydə alınıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi