İraq parlamentindən “Həşdi Şabi”yə qadağa

iraq-parlamentinden-hesdi-sabiye-qadaga
Oxunma sayı: 1169

Şiələrdən ibarət “Həşdi Şabi” könüllü ordusunun Kərkükdə və ümumilikdə İraq Kürd Regional Rəhbərliyinin (İKBR) ərazisində mərkəz açmasına qadağa qoyulub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, İraq ordusunun nəzarəti ələ keçirdiyi bütün İKBR ərazisində sadəcə rəsmi Bağdadın ofis açmasına səlahiyyət verilib.

Xatırladaq ki, ABŞ Dövlət Departamentinin rəhbəri Reks Tillerson ötən həftə Bağdada səfəri zamanı İraq Baş naziri Heydər əl-Abadidən “Həşdi Şabi”yə bütün ölkədə qadağa qoyulmasını istəmişdi. Abadi isə cavabında “Həşdi Şabi”ni İraqın rəsmi qurum adlandırmış və bu tələbi rədd etmişdi.