İraq prezidenti istefa ərizəsini yazıb

iraq-prezidenti-istefa-erizesini-yazib
Oxunma sayı: 659

“Azerimuslims.com” Türkiyənin “Milliyyət” qəzetinə istinadən bildirir ki, İraqın Baş naziri Nuri əl-Maliki ilə Şimali İraq Kürd Administrasiyası (ŞİKA) arasında baş verən gərginlik hakimiyyət böhranına çevrilib.

Belə ki, xəbərlərdə artıq tərəflər arasında gərginlikdən usanan İraq prezidenti Cəlal Təlabanin istefa ərizəsini yazdığı bildirilir. Regional ŞİKA-nın Baş naziri Nəçirvan Bərzani İraq prezidentinin istefasının istisna edilmədiyini deyib.

Şimali İraq ərazisində dərc olunan “Havlati” qəzetinə açıqlama verən Bərzani Təlabaninin istefa ərizəsini yazaraq müvafiq instansiyalara təqdim etdiyini bildirib. Bərzani Təlabaninin istefasını Ərbil və Bağdad arasında tədricən gərginləşən vəziyyətdə prezidentin tərəf saxlamadığı iddialarına cavab kimi xarakterizə edib.