İraq sərhədində 4 türk əsgəri şəhid oldu

iraq-serhedinde-4-turk-esgeri-sehid-oldu
Oxunma sayı: 1065

Türkiyə-İraq sərhədində keçirilən antiterror əməliyyatı zamanı türk hərbçilər şəhid olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, döyüş zamanı Türkiyə ordusunun 4 hərbçisi şəhid olub, 6-sı yaralanıb. Əsgərlərin 2-si xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, Türkiyə Müdafiə Nazirliyi sərhəddə əməliyyatların davam etdiyini açıqlayıb.

Aysel Kərimova