İraq şiələrnin lideri danışdı

iraq-sielernin-lideri-danisdi
Oxunma sayı: 632

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, Barak Obamanın ABŞ qoşunlarının İraqdan çıxacağı barədə bəyanatından sonra “əl-Ərəbiyə” telekanalına müsahibə verən əs-Sədr deyib ki, əsgərlərin ölkəni tərk etməsindən sonra Amerkanın minlərlə diplomatı və təhlükəsizlik qüvvələrinin əməkdaşı qalacaq. İraqlı lider, “ABŞ-ın işğaı İraqda başqa adlar altında mövcudluğunu davam etdirəcək”, - deyə bildirib.
ABŞ-ın müdafiə nazirinin verdiyi son açıqlamalarda Amerikanın bölgədə 40 min nəfərlik şəxsi heyət saxlamağa davam edəcəyi bəyanatına diqqət çəkən əs-Sədr “ABŞ təkcə İraqı deyil, digər müsəlman ölkələrini də işğal edir. İraqı işğal etmək, İraqın ətrafını işğal etmək və sonra yaxın Şərqi sınaqlar altında saxlamaq deməkdir”, - deyə danışıb.