İraqda 3 kənd İŞİD-dən azad edilib

iraqda-3-kend-isid-den-azad-edilib
Oxunma sayı: 639

İraq ordusu 3 kəndi İŞİD nəzarətindən azad edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb. Azad edilən kəndlər Mosuldan 100 kilometr şərqdə yerləşir.

Daha əvvəl ordu hücum nəticəsində Mosulun qərbindəki rayonları azad etdiyini bildirmişdi.

Qeyd edək ki, Mosulun İŞİD-dən azad edilməsi əməliyyatı 2016-cı ilin oktyabrından başlayıb.