İraqda ABŞ helikopteri qəzaya uğradı - Yenilənib

iraqda-abs-helikopteri-qezaya-ugradi
Oxunma sayı: 1053

İraqda ABŞ əsgərlərini daşıyan helikopter qəzaya uğrayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İŞİD-lə mübarizə aparan ABŞ-ın rəhbərlik etdiyi koalisiya məlumat yayıb.

Hadisənin təfərrüatları barədə hələki məlumat verilmir.

***

CNN kanalının məlumatına əsasən, insident İraqın qərbində Suriya ilə sərhəd yaxınlığında baş verib. Qəza zamanı helikopterin göyərtəsində 7 nəfərin olduğu deyilir. Qəzaya düşən vertolyotun HH-60 Black Hawk markalı olduğu bildirilir.