İraqda azərbaycanlı qadınlara ömürlük həbs verildi

iraqda-azerbaycanli-qadinlara-omurluk-hebs-verildi
Oxunma sayı: 2671

İraq məhkəməsi onlarla Azərbaycan və Türkiyə vətəndaşı olan qadınlarla bağlı ömürlük həbs cəzası çıxarıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Ali Məhkəmə Şurasının sədri Abdel Səttar Birkdar məlumat verib. 

İŞİD terror qruplaşmasına yardım etdiyi üçün daha bir Türkiyə vətəndaşı olan qadına isə ölüm hökmü verilib. 

Qeyd edək ki, daha əvvəl İraq hökuməti tərəfindən yüzlərlə İŞİD-çinin həyat yoldaşının yaxalanmasına dair məlumat yayılmışdı. Onlar arasında Avropa İttifaqı ölkələri, Asiya, ABŞ, həmçinin Rusiya vətəndaşları da var.