İraqda etirazlar gücləndi - Ölən və yaralanan var

İraqda etirazlar gücləndi
Oxunma sayı: 999

İraqın Bəsrə şəhərində "elektrik enerjisinin kəsilməsi və işsizlik" səbəbindən başlayan etirazların 5-cü günüdür.

"Qafqazinfo" xarici mediaya istinadən xəbər verir ki, ölkənin cənubunda başlayan aksiyalar şiddətlənib. Polis qüvvələri ilə nümayişçilər arasında qarşıdurma yaşanıb. Polisin açdığı atəş nəticəsində 1 nəfər dünyasını dəyişib. Bundan sonra aksiyaçılar daha da hiddətlənib. 

Əl-Kurna bölgəsindəki nümayişlərdə isə 6 nəfər yaralanıb. Etirazçıların Bəsrə şəhər valisinin  və "Lukoil" neft şirkətinin binasına hücum etdiyi bildirilir. Şirkətin binadakı əcnəbi işçiləri helikopterlə xilas edilib. 

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi