İraqda həbslər başlayır

iraqda-hebsler-baslayir
Oxunma sayı: 1248

İraq Ali Məhkəməsi İraq Kürd Regional Hökumətinin 25 sentyabrda keçirdiyi qanunsuz seçkilərlə bağlı qərarını açıqlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, məhkəmə regional hökumətin Ali Seçki və Referendum Komissiyasının sədri və üzvlərinin həbs edilməsi barədə qərar çıxarıb.

Qeyd edək ki, İraq hökuməti Şimali İraqda idarəçiliyin rəsmi Bağdada təhvil verilməsini tələb edir.