İraqda hökumət böhranı yarandı

iraqda-hokumet-bohrani-yarandi
Oxunma sayı: 640

İraq prezidentinin köməkçisi Tariq əl-Haşimi barəsində həbs qəti imkan tədbirinin seçilməsi qərarına hökumətdə İyad Əllavi liderliyindəki əl-İraqiyyə bloku kəskin etiraz edib. Belə ki, sözügedən blokun üzvü olan nazirlərin vəzifələrindən kütləvi şəkildə istefa verdikləri bildirilir.

“Fars” informasiya agentliyinə müsahibə verən əl-İraqiyyə blokunun mətbuat xidmətinin rəhbəri Meysun Dəmluci blokun üzvü olan nazirlərin rəsmi şəkildə istefalarını təqdim etdiklərini və hökumətdə təmsil olunmaqdan imtina etdiklərini deyib.

Həbsinə order verilən İraqın vitse-prezidenti əl-Haşimi ölkədə bir sıra terror aktlarının törədilməsinin təşkilində ittiham edilir. Vitse-prezidentin həbsi ilə bağlı qərar onun cangüdənlərinin İraqın Daxili İşlər Nazirliyində aparılan istintaq çərçivəsində Haşiminin terror aksiyalarını maliyyələşdirməsinə dair etiraflarından sonra qəbul edilib.

azerimuslims