İraqın paytaxtı Bağdadda partlayış baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Al Sumaria” kanalı məlumat yayıb.
İlkin ehtimala əsasən şəhərin mərkəzində iki minalanmış avtomobil partladılıb. Hadisə nəticəsində 13 nəfər ölüb, daha 18 nəfər isə yaralanıb.
Rəsmilər ölənlərin sayının artacağını güman olunur.
Shafaq News portalı isə ölənlərin sayının 40-ı keçdiyini bildirib. Onların arasında 2 İran vətəndaşının olduğu qeyd olunub.