İraqda itkilər artır - 3 ölü, 50 yaralı + Fotolar

iraqda-itkiler-artir
Oxunma sayı: 2131

İraqın Bəsrə şəhərində dünən baş verən genişmiqyaslı aksiyalarda ölən və yaralananlar olub.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, öncə telekanal, daha sonra partiya və polis idarəsinin binasını yandıran etirazçılar, axşam saatlarında İranın konsulluq binasını atəşə veriblər.

Polislərin sərt müdaxilələri nəticəsində 3 nəfər ölüb, 50 nəfər isə yaralanıb. Onlardan 26-sı mərmi yarası alıb.

Aksiyaçılar ictimai binalara da zərər verməyə başlayıblar.

Qeyd edək ki, 8 iyuldan etibarən başlayan aksiyalarda yerli xalq kommunal xidmətlərin göstərilməməsinə, elektrik və suyun verilməməsinə, korrupsiyaya etiraz edirlər. Son iki ayda 20-dən çox aksiyaçı ölüb.