İraqda komendant saatı başladı

iraqda-komendant-saati-basladi
Oxunma sayı: 1573

İraqın cənubundakı Nəcəf, Kərbəla, Maysan və Bəsrə şəhərlərində komendant saatı rejimi tətbiq edilib.

“Qafqazinfo” “Dünya bülleteni”nə istinadən xəbər verir ki, buna səbəb elektrik kəsintisi və kommunal xidmətin acınacaqlı vəziyyətdə olması ilə əlaqdar edilən kütləvi etirazların qarşısını almaqdır.

Növbəti əmrə qədər əhalinin küçəyə çıxması qadağan edilib.

Qeyd edək ki, etiraz aksiyaları bir həftə əvvəl Bəsrə liman şəhərində start götürüb. Etirazçılardan birinin ölməsi vəziyyətin gərginləşməsinə səbəb olub.