İraqda partlayış - 11 ölü, 15 yaralı

iraqda-partlayis
Oxunma sayı: 662

İraqın Hit şəhərində kafedə partlayış olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə intiharçı terrorçunun özünü partlatması nəticəsində baş verib.

Məlumata əsasən, insident nəticəsində 11 nəfər ölüb, daha 15 nəfər isə xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Ölən və yaralananların hamısının mülki vətəndaş olduğu bildirilib.

Qeyd edək ki, Hit şəhəri İraq ordusunun İŞİD-lə döyüşdüyü ərazidən 160 km məsafədə yerləşir.