İraqda partlayış olub, 21 nəfər ölüb

iraqda-partlayis-olub-21-nefer-olub
Oxunma sayı: 651

İraqın qərbində Anbar əyalətində partlayış olub. Partlayışda azı 21 nəfər ölüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Sky News Arabia telekanalı məlumat yayıb. Terror Əl-Qaim şəhərində, Suriya sərhədi yaxınlığındakı nəzarət-keçid məntəqəsində baş verib. 

Partlayıcı yüklənən avtomobil İraq hərbçilərinin yaxınlığında işə düşüb. 

Ölkə ərazisində fəaliyyət göstərən heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.