İraqda restorana bombalı hücum - 5 ölü, 32 yaralı

iraqda-restorana-bombali-hucum
Oxunma sayı: 747

İraqın Səlahəddin şəhərində restoranlardan birinə hücum olub.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, bomba ilə yüklənmiş avtomobil restoranın qarşısında partladılıb.

Terakt nəticəsində 5 nəfər ölüb, 32 nəfər isə yaralanıb.

Qeyd edək ki, son aylarda Kərkük-Səlahəddin-Diyala şəhərləri arasında yerləşən bölgədə ardıcıl teraktlar törədilir.