İraqda seçkilərdə saxtakarlıq edilib? - Səslər yenidən sayılacaq

iraqda-seckilerde-saxtakarliq-edilib
Oxunma sayı: 1047

İraqda 12 mayda keçirilən parlament seçkilərində səslərin sayılması zamanı saxtakarlığa yol verildiyi iddia edilib.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, buna görə də bülletenlərin yenidən sayılmasına qərar verilib.

İraq Milli Məclisi Ali Seçki Komissiyasının üzvlərinin fəaliyyətini dondurub və onların yerinə 9 hakimi təyin edib.

Türkmənlər elektron səsvermədə saxtakarlıq edilərək nəticələrin kürdlərin xeyrinə dəyişdirildiyini iddia edirlər.

Qeyd edək ki, seçkilərdə “əs-Sayrun” koalisiyası qalib olmuşdu.